Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2019 19:24
“Çətin oyun oldu, bunu hamı gördü”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Sabah”a 2:0 hesabı ilə qaib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi Roberto Bordin cəzalı olduğu üçün komandanı meydana çıxaran Məmmədov futbolçulardan razı qaldığını bildirib: “Komandaya təşəkkür edirəm, tapşırıqlarımıza əməl etdilər, mübarizə apardılar. Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm.
Baş məşqçimiz yanımızda idi, dəstəyini, tapşırıqlarını verirdi. Biz də onun tapşırıqlarına əməl etməyə çalışırdıq”.