Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2025 17:44
Tuva Respublikasında 3 nəfər dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Sonxeber.net xəbər verir ki, hadisə Çadan şəhərində fərdi evdə baş verib. Üç uşaqlı ailə fərdi evdə yaşayırmış. Səhər saatlarında zəhərlənmə əlamətləri olan üç nəfərin - valideynlərin və onların 15 yaşlı qızının meyiti tapılıb.
Digər iki uşaq - 11 yaşlı oğlan və bir yetkin qız xəstəxanaya yerləşdirilib. Onlara lazımi yardım göstərilib.
İstintaq orqanları prosessual yoxlama təşkil ediblər. /Lent.az