Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2025 09:04
İtaliya A Seriyası təmsilçilərindən "Milan" heyətini gücləndirməyə davam edir.
Sonxeber.net xəbər verir ki, komanda "Çelsi"dən Joao Feliksi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonuna kimi İtaliya təmsilçisinin şərəfini qoruyacaq.
Tərəflər arasında razılaşmaya əsasən, "Milan" qarşı tərəfə 5,5 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm "zadəganlar"ın heyətində iştirak etdiyi 20 matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. /Apasport.az