Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal qızıl tələbi rekord həddə yüksəlir

Qlobal qızıl tələbi rekord həddə yüksəlir

Tarix: 5 Fevral 2025 16:16

Qlobal qızıl tələbi rekord həddə yüksəlir.

Ötən il qızıla olan qlobal tələbat 2024-cü ildə rekord 4974,5 tona çatıb, bu da illik müqayisədə 1% artım deməkdir.

Sonxeber.net xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (WGC) hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2023-cü ildə qeyd olunan göstərici 4 945,9 ton təşkil edib.

Hesabata görə, ötən ilin dördüncü rübündə qızıla olan qlobal tələbat 1297,4 ton səviyyəsində olub, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 1% çoxdur.

Bildirilir ki, ötən ilin dördüncü rübündə dəyər ifadəsində qızıla olan tələbat 111 mlrd. dollar təşkil edib. Ötən ilin sonunda qızıla tələbat tarixin ən yüksək illik səviyyəsinə yüksələrək 382 mlrd. dollar təşkil edib.

Qeyd olunur ki, 2024-cü ildə qızılın bir troya unsiyası 23% artaraq 2386 dollar təşkil edib./APA


Etiketlər:  Qlobal qızıl tələbi rekord həddə yüksəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ