Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır qəzaya düşən müğənni hər şeyi etiraf etdi - VİDEO

Ağır qəzaya düşən müğənni hər şeyi etiraf etdi - VİDEO

Tarix: 5 Fevral 2025 21:55

Ağır yol qəzasına düşən müğənni Aila Rainin səhhəti yaxşılaşıb.

Sonxeber.net xəbər verir ki, bu barədə o, özü video-açıqlama yayıb. Aila bildirib ki, hazırda şok vəziyyətindədir:

"Hər birinizi salamlayıram. Bilirəm, hamınız çox narahat olmusunuz. 6-7 gündür ki, reanimasiyada idim, şok vəziyyətindəyəm. Beynim heç nəyi qəbul etmir. Allah məni bu həyata yenidən qaytardı. Yaşamaq üçün şans verdi. Bu günə çox şükür. Hər şey sınaqdır, bu da mənim sınağım idi keçdim. Hər şey yaxşıdır, daha da yaxşı olacaq, mən zəif qız deyiləm, güclüyəm, yıxılmaram. Bağışlayın bu halda video çəkirəm. Sadəcə bu vəziyyətdə bəzənib, efektdən istifadə edə bilmərəm. Dualarınız və xoş sözləriniz üçün çox sağ olun". 

Qeyd edək ki, Aila Şahdağdan qayıdarkən ağır yola qəzasına düşüb. (olay)


Etiketlər:  Ağır qəzaya düşən müğənni hər şeyi etiraf etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ