Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Fevral 2025 00:52
Son aylarda yağların qiymətində artım müşahidə olunub.
Sonxeber.net Xəzər TV-yə istinadən məlumat verir ki, istər kərə, istərsə də duru yağların qiymətində bahalaşma var.
Bir-iki ay əvvəl 19 manat 30 qəpiyə təklif edilən 1 kiloqramlıq kərə yağı hazırda 22 manat 90 qəpikdir.
Satıcıların sözlərinə görə, təkcə yanvar ayı ərzində qiymətlər 5-6% artıb.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Dünya Ərzaq Təşkilatının qiymət indeksinə nəzər saldıqda məlum olur ki, ötən ilin dekabr ayı istisna olmaqla, 14 ay ərzində yağların qiymətində artım müşahidə olunub.