Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısa qapanma olub

Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısa qapanma olub

Tarix: 9 Dekabr 2019 05:16

Bakı. Trend:

Dehlidə 43 işçinin həyatını itirdiyi fabrikdə baş verən yanğının səbəbi qısa qapanma olub.

Trend-in məlumatına görə, qurbanların əksəriyyəti Hindistan əyalətlərindən gələn müsəlman miqrantlar olub. Yanğın başlayarkən işçilər yatıblar. Çantalar, papaqlar və digər toxuculuq-trikotaj məhsulları istehsal edən fabrikdə işçilər gündə təqribən 2,1 dollar qazanırdılar.

Həkimlərin dediyinə görə, dördmərtəbəli bina alova tutulan zaman qurbanların əksəriyyəti tüstüdən boğularaq ölüblər. Binada yanğın təhlükəsizliyi standartları pozulduğuna görə binanın sahibi polis tərəfindən saxlanılıb.

Hindistanın Baş naziri Narendra Modi yanğını dəhşətli adlandıraraq, həlak olanların ailələrinə başsağlığı verib.


Etiketlər:  Dehlidə 43 qurbanı olan yanğının səbəbi qısa qapanma olub


RƏYLƏR