Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür

Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür

Tarix: 12 Fevral 2025 12:00

Azərbaycanın Milli Qəhrəmanı, Xalq şairi Xəlil Rzanın oğlu Təbriz Xəlilbəylinin doğum günüdür.

Sonxeber.net xatırladır ki, Təbriz Xəlil Rza oğlu Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, böyük şair Xəlil Rza Ulutürkün ailəsində dünyaya göz açıb.

1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib. 1982-ci ildə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Təhsilini qiyabi davam etdirərək, həm də C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işıqçı işləyib.

T.Xəlilbəyli 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərib. Döyüş şücaətinə görə Daxili İşlər Nazirliyinin "Boz qurd" mükafatına layiq görülüb. 1992-ci il yanvarın 31-də Təbriz Xəlilbəylinin son döyüşü olub. Həmin döyüşdə Təbriz qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına xatirə lövhəsi vurulub.


Etiketlər:  Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ