Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onu ABŞ-nin yaşayan ən pis prezidenti hesab edirlər - FOTO

Onu ABŞ-nin yaşayan ən pis prezidenti hesab edirlər - FOTO

Tarix: 12 Fevral 2025 13:54

ABŞ-nin keçmiş prezidenti Co Bayden müxtəlif vaxtlarda Ağ Evin rəhbəri vəzifəsini tutan siyasətçilər arasında ən aşağı reytinqə malikdir.

Sonxeber.net bildirir ki, bunu "Gallup" sorğusunun məlumatları sübut edir.

Belə ki, respondentlərin 39%-i Baydenin 2021-2025-ci illərdə prezident kimi fəaliyyətini bəyənib, 57%-i isə onun işini mənfi qiymətləndirib. Respondentlərin 48 faizi həm 1993-2001-ci illərdə prezident olmuş Bill Klinton, həm də Donald Tramp (birinci müddətində) haqqında müsbət fikirdə olub.

2009-2017-ci illərdə Ağ Evə rəhbərlik etmiş Barak Obama amerikalılardan ən yüksək bəyənmə reytinqini alıb: 59% onun prezident kimi fəaliyyətini müsbət, 36% mənfi qiymətləndirib. Sorğu iştirakçılarının qalan hissəsi cavab verməkdə çətinlik çəkib.

2001-2009-cu illər arasında prezident olan Corc Buşun fəaliyyəti respondentlərin 52%-i tərəfindən bəyənilib, 34%-i onun fəaliyyəti haqqında mənfi fikir səsləndirib. Sorğu 2025-ci il yanvarın 21-dən 27-dək aparılıb. /Report.az


Etiketlər:  ABŞ yaşayan prezidenti hesab edirlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ