Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mahir Emreli ''Nürnberq''dən ayrılır? - Meneceri danışdı

Mahir Emreli ''Nürnberq''dən ayrılır? - Meneceri danışdı

Tarix: 12 Fevral 2025 20:10

Almaniya mediasında yayılan xəbərlərə görə, Mahir Emreli oynadığı "Nürnberq" klubundan ayrıla bilər. Belə ki, Maqdeburq şəhərinin eyniadlı futbol klubu ilə fevralın 8-də baş tutmuş qarşılaşmadan öncə "Nürnberq"in azərbaycanlı hücumçusunun həmkarları ilə mübahisə etdiyi barədə xəbər yayımlanıb. Bundan sonra Mahir Emrelinin komandadan ayrılmaq qərarına gəldiyi barədə iddialar ortaya çıxıb.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Mahir Emrelinin meneceri Elnurə Emreli 27 yaşlı hücumçunun yeni təkliflər aldığını bildirib.

"Hazırda başqa klublardan təklif var. Mahir bu təklifləri dəyərləndirdikdən sonra yekun qərar qəbul edəcək. Ən yaxşı təklif göndərən komanda ilə razılaşacağıq".

Qeyd edək ki, Mahir Emrelinin "Nürnberq" klubu ilə müqavilə müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq.


Etiketlər:  Mahir Emreli Nürnberqdən ayrılır Meneceri danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ