Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2025 14:09
İordaniya və Misir Qəzza zolağındakı fələstinliləri qəbul etməyə razı olmasa, ABŞ hər iki ölkəyə yardımı dayandıra bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət başçısı Donald Tramp deyib.
O vurğulayıb: "Əlbəttə, ola bilər, niyə də yox? Əgər razılaşmasalar, yardımı dayandıracağam".
Xatırladaq ki, ABŞ prezidenti Qəzza zolağının bərpası üzrə planın fələstinlilərin ora qayıtmaları imkanını istisna etdiyini bildirmişdi.