Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UEFA Konfrans Liqası: 8 oyun var

UEFA Konfrans Liqası: 8 oyun var

Tarix: 13 Fevral 2025 11:28

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində səkkiz görüş keçiriləcək.

Sonxeber.net xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək görüşlərdə "Çelye" klubu APOEL-i, "Molde" klubu "Şamrok Rovers"i, TSC klubu "Yagelloniya"nı, "Reykyavik" isə "Panatinaikos"u qəbul edəcək.

Bakı vaxtı ilə gecəyarısı keçiriləcək görüşlərdə isə "Borats Banya Luka" klubu "Olimpiya Lyublyana" ilə, "Kopenhagen" klubu "Haydenhaym"la, "Gent" klubu "Real Betis"lə, "Omoniya" isə "Pafos"la qarşılaşacaq.

Qeyd edək ki, cavab görüşləri fevral ayının 20-də və 21-də keçiriləcək.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

13 fevral

Saat 21:45, "Çelye" - APOEL;

Saat 21:45, "Molde" - "Şamrok Rovers";

Saat 21:45, TSC - "Yagelloniya";

Saat 21:45, "Reykyavik" - "Panatinaikos".

14 fevral

Saat 00:00, "Borats Banya Luka" - "Olimpiya Lyublyana";

Saat 00:00, "Kopenhagen" - "Haydenhaym";

Saat 00:00, "Gent" - "Real Betis";

Saat 00:00, "Omoniya" - "Pafos".


Etiketlər:  UEFA Konfrans Liqası oyun


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ