Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 13:25
Xəbər verdiyimiz kimi, müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib.
Sonxeber.net xəbər verir ki, açıqlama verən müğənni səhhətinin yaxşı olduğunu, evə buraxıldığını deyib:
"İndi özümü çox yaxşı hiss edirəm. Hətta işlərimin də başına qayıtmışam. Yeni klipim var, təqdimat edəcəyəm. Normal həyatıma davam edirəm".
Xəstəliyindən danışan müğənni "Təzyiqim qalxıb, qəfildən yıxılmışam. Ondan əvvəl heç bir problemim yox idi. Bilmirəm nədir, xəstəxanada təzyiq problemi olan nə qədər insan yatır".
Nazim böyrəyindən əməliyyat olunması məsələsinə də toxunub:
"Bir neçə il əvvəl öd kisəmdən əməliyyat olunmuşdum. Problem yaranmışdı. Ondan sonra böyrəyimdə də problem yaranıb. Onu da əməliyyatla aradan qaldırmışdım". (Axşam.az)