Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 14:36
"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının XV turundan təxirə salınmış "Everton"la səfər matçında qol və məhsuldar ötürmə ilə yadda qalaraq turnirin 31 illik statistik nailiyyətini yeniləyib.
Sonxeber.net xəbər verir ki, bu barədə "Squawka" portalı məlumat yayıb.
Salah İngiltərə Premyer Liqası tarixində bir mövsümdə səfər oyunlarında "qol+ötürmə" sistemi üzrə 22 xal toplayan ilk futbolçu olub. Misirli futbolçu 2024/2025 mövsümündə keçirdiyi 13 oyunda 13 qol vurub və 9 məhsuldar ötürmə verib.
32 yaşlı misirli hücumçu "Nyukasl"ın heyətində çıxış etdiyi 1993/1994 mövsümündə "Arsenal"ın keçmiş forvardı Endi Kolun müəyyənləşdirdiyi rekordu (21 xal) yeniləyib.
Cari mövsümdə Salah bütün turnirlərdə keçirdiyi 35 oyunda 27 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, ötən gün "Qudison Park"dakı sonuncu Mersisayd derbisi dramatik sonla bitmişdi. "Report"