Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2025 16:03
Prezident İlham Əliyev bir sıra sərəncamlarda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın sədri Əli Əhmədov Samir Şərifovla əvəz edilib.
Bundan başqa, Samir Şərifov Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın sədri olub. Bundan əvvəl bu vəzifəni Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri icra edirdi.
Sözügedən komissiyaya Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri də əlavə edilib.
Samir Şərifov bundan sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın da sədri olacaq. Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini də bu komissiyanın tərkibinə daxil edilib.
Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibinə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri daxil edilib.
"Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri vəzifəsi Anar Axundova həvalə edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişikliklər barədə qarşı tərəflərə müvafiq bildirişlər göndərməlidir.