Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Əsədov Pezeşkian ilə görüşüb

Əli Əsədov Pezeşkian ilə görüşüb

Tarix: 18 Fevral 2025 17:03

Bu gün Baş nazir Əli Əsədov Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.

Bu barədə Sonxeber.net-a Nazirlər Kabinetindən xəbər verilib.

Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Məsud Pezeşkiana çatdırıb.

Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirilib.

3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırılıb.

Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olunub.


Etiketlər:  Əli Əsədov Pezeşkian ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ