Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XTQ-nin şəhid giziri Şahin Qədirovun atası vəfat etdi

XTQ-nin şəhid giziri Şahin Qədirovun atası vəfat etdi

Tarix: 19 Fevral 2025 12:12

Qaradağ rayonunda şəhid atası dünyasını dəyişib.

Sonxeber.net xəbər verir ki, rayonun Çeyildağ qəsəbəsində Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhidi Şahin Qədirovun atası Bayram Qədirov vəfat edib.

Mərhum bugün Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunacaq.

Qeyd edək ki,  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinantlılarının giziri olan Qədirov Şahin Bayram oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Fizulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Qədirov Şahin Bayram oğlu  oktyabrın 6-da Fizuli döyüşləri zamanı şəhid olub. Qaradağ rayonu Sanqaçal qəsəbəsi, Sofihəmid məzarlığında dəfin olunub.

Qədirov Şahin Bayram oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Döyüşdə fərqlənmə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!


Etiketlər:  şəhid giziri Şahin Qədirovun atası vəfat etdi


RƏYLƏR