Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2025 19:46
"Şamaxı" hücumçusu Belajdi Pusi ilə yolları ayırıb.
"Report" xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçunun Rusiya Premyer Liqasıda çıxış edən "Fakel"lə (Voronej) razılıq əldə etdiyi və hazırda yeni klubunun düşərgəsində olduğu bildirilib. Albaniyalı hücumçu tibbi baxışdan keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, mövsümün əvvəlində "Şamaxı"ya qoşulan 27 yaşlı hücumçu 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.