Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrina Şeyk qızı ilə kamera qarşısında - FOTO

İrina Şeyk qızı ilə kamera qarşısında - FOTO

Tarix: 20 Fevral 2025 02:05

Məşhur rusiyalı supermodel İrina Şeyk yeddi yaşlı qızı Lea ilə birlikdə foto paylaşaraq izləyicilərinin diqqətini çəkib.

Sonxeber.net xəbər verir ki, 39 yaşlı model sözügedən fotonu sosial şəbəkə hesabında yayımlayıb. Kadrlarda İrina Şeyk qızı ilə birlikdə divanda oturub. Balaca Lea anasının başına ayaqlarını qoyaraq poza verib. Supermodel çiçək naxışlı, açıq rəngli pijama geyinib, saçları açıq olub və üzündə makiyaj olmayıb.

"Ana olmaq elə bir şeydir ki..." - deyə İrina paylaşımına qeyri-adi bir şərh əlavə edib.

Qeyd edək ki, İrina Şeyk qızı Leanı 2017-ci ilin martında məşhur Hollivud aktyoru Bredli Kuperdən dünyaya gətirib. Lakin cütlük 2019-cu ildə ayrılıb. Bununla belə, onlar məhkəmədə ortaq qəyyumluq barədə razılığa gəlib və qızları ilə birgə ictimaiyyət qarşısına çıxmaqda davam edirlər.  /baku.ws


Etiketlər:  İrina Şeyk qızı ilə kamera qarşısında FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ