Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2025 14:18
Məlumatlara görə, Zelenskinin reytinqi onun seçkilərdəki potensial rəqibi Zalujnıdan (Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri - red.) iki dəfə aşağıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Zelenskinin problemləri var, çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq.
Putinin fikrincə, Zelenskinin seçkini qazanmaq şansı sıfırdır:
"Zelenski danışıqlardan yayınır, çünki bu, Ukraynada hərbi vəziyyətin ləğvinə və seçkilərə gətirib çıxaracaq".