Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lionel Messi “Barselona”ya qayıdacaq - KİV

Lionel Messi “Barselona”ya qayıdacaq - KİV

Tarix: 25 Fevral 2025 19:08

"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi yaxın vaxtlarda "Barselona"ya qayıdacaq. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Messinin "İnter Mayami"yə keçidi ilə bağlı ilk daxili məlumatı verən jurnalist Aleks Kandal məlumat verib. 

Mənbənin sözlərinə görə, Messi təmir edilmiş "Kamp Nou" stadionunda oynamadan karyerasını bitirməyə hazır deyil.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. 

Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur. Bu müddət ərzində futbolçu 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.


Etiketlər:  Lionel Messi Barselonaya qayıdacaq KİV


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ