Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanımı ilə körpəsini doğuşda itirən kişi DANIŞDI - FOTO

Xanımı ilə körpəsini doğuşda itirən kişi DANIŞDI - FOTO

Tarix: 26 Fevral 2025 12:50

Göygöl Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirən 35 yaşlı Nuranə Cəbrayılovanın əri Füzuli Cəbrayılov xanımının həkim səhlənkarlığından öldüyünü iddia edir.

Sonxeber.net bildirir ki, "Qafqazinfo"ya açıqlama verən F. Cəbrayılov həyat yoldaşını xəstəxanaya sağlam şəkildə apardığını deyib.

"Hamiləlik dövründə mütəmadi həkim yoxlanışından keçirmişik. Heç bir problem aşkar olunmayıb. Vaxtı tamam olub xəstəxanaya aparılanda da ulltrasəs müayinəsi etdilər. Uşaq 3 kq-dan artıq olub. Həkim bizə ana və uşağın sağlam olduğunu, problem olmadığını dedi. Doğuş şöbəsinə aparılarkən Afət adlı həkim də hər şeyin normal getdiyini söylədi.

Yoldaşım, hətta məndən yemək almağımı istədi. Mən yemək alıb qayıdanda Afət həkim yenidən qabağıma çıxıb dedi ki, "yoldaşının özündən getməsi varmı?" Mən də dedim, xeyr. Həkimlər mənə öldüyünü demədilər. Özüm məcburən qapını açdım və gördüm ki, yoldaşımın ağzında süni nəfəs aparatı var və o artıq dünyasını dəyişib. Ancaq həkimlər yenə də boynuna almadı. Məni çıxardılar. Bir müddət sonra gördüm ki, yoldaşım ölüb, həkim də yoxa çıxıb", - deyə, mərhumun həyat yoldaşı əlavə edib.

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, doğuş prosesində qadının vəziyyətində pisləşmə qeyd edilib (huşun itməsi, sianoz, qıcolma), həkim-anestezioloq-reanimatoloqun konsultasiyası ilə müvafiq tibbi yardım göstərildikdən sonra təcili qeysəriyyə kəsiyi əməliyyatı üçün qərar qəbul edilib. Əməliyyat masasında hamilənin vəziyyəti anidən kəskin pisləşdiyi üçün təcili reanimasion tədbirlər icra olunmağa başlanılıb. Aparılmış bütün zəruri tədbirlərə baxmayaraq, hamilədə ölüm faktı baş verib.

Qeyd edək ki, bu, N. Cəbrayılovanın 14 ildən sonra sayca 4-cü hamiləliyi olub. Onun 3 oğul övladı var.


Etiketlər:  Xanımı ilə körpəsini doğuşda itirən kişi DANIŞDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ