Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 19:10
İstanbul Respublika Prokurorluğu tərəfindən "qanunsuz mərc oynamağı təşviq etmək" iddiası ilə bağlı aparılan istintaq çərçivəsində ev dustaqlığı qərarı çıxarılan Mehmet Əli Ərbil daha sonra məhkəmə nəzarəti şərti ilə həbsdən çıxarılıb.
Sonxeber.net xəbər verir ki, aparıcının hökmü açıqlanıb. Prokuror Ərbilə 3 ilə qədər həbs cəzası istəyib. İstanbul Ədliyyəsində keçirilən prosesdə Ərbil və vəkilləri iştirak edib.
Özünü müdafiə edən Mehmet Əli otel açılışı üçün müğənni Sərdar Ortaçla birlikdə Maltaya dəvət olunduqlarını, qanunsuz mərc reklamlarının verildiyi canlı yayıma çəkilməyə çalışıldıqlarını bildirib.
Burada reklam məqsədləri olmadıqlarını ifadə edən Ərbil "Hətta böyük professorlar da aldadılır. Bunun karyera və ya yaşla heç bir əlaqəsi yoxdur. Bizim uzaqgörənliyimiz də əngəllənib. Belə biabırçı cinayətə görə burada olmaqdan utanıram" sözlərini söyləyib.
İşin mahiyyəti ilə bağlı fikirlərini açıqlayan dövlət ittihamçısı təqsirləndirilən Mehmet Əli Ərbilin 1 ildən 3 ilə qədər həbs və 3000 günə qədər məhkəmə cəriməsi tələb edib. Təqsirləndirilən şəxslərin vəkilləri rəyə qarşı ifadə vermək üçün vaxt istəyiblər.
İclas martın 11-nə təxirə salınıb. /Axşam.az