Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 19:40
Müğənni Gülşenin sosial mediada yayılmış fotosu gündəm olub.
Sonxeber.net bildirir ki, 48 yaşlı sənətçi makiyajsız və idman geyimində marketdə alış-veriş edərkən gizlincə görüntülənib.
Gülşen ətrafdakıların diqqətini üzərinə cəlb etməmək və tanınmamaq üçün böyük qara eynək taxıb.
Sosial şəbəkə əhli müğənnin bu halını birmənalı qarşılamayıb. İzləyicilər ifaçının həddən artıq arıqlığını müzakirə edib hətta ağır xəstəlikdən əziyyət çəkdiyini yazıblar. /olay.az