Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2025 20:08
Taylandın paytaxtı Bankoq şəhərində dünyanın bir nömrəli idman təşkilatlarından sayılan "ONE Championship" liqasında Azərbaycan Kikboksinq Federasiyasının idmançısı, "Allazov Team" da məşqlərini davam etdirən Akif Quluzadə növbəti döyüşünü keçirib.
Sonxeber.net xəbər verir ki, idmançımız 3-cü döyüşündə taylandlı rəqibi Puengluangi nokautla məğlub edərək, gecənin ən yaxşı döyüşçüsü seçilib.
Qələbədən sonra idmançımızla 100 min dollar dəyərində müqavilə imzalandığı bildirilir. //baku.ws