Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Kuboku: Son yarımfinalçılar bəlli olacaq

Azərbaycan Kuboku: Son yarımfinalçılar bəlli olacaq

Tarix: 28 Fevral 2025 09:44

Futbol üzrə Azərbaycan Kubokunda bu gün bütün yarımfinalçılar müəyyənləşəcək.

Sonxeber.net xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda "Zirə" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Qarşılaşma saat 16:00-da start götürəcək. İlk görüşdə Bakı klubu minimal hesabla məğlub olub - 0:1. Cütün qalibi növbəti raundda "Qarabağ"la üz-üzə gələcək.

1/4 final mərhələsinə saat 19:30-da start götürəcək "Neftçi" - "Kəpəz" görüşü ilə yekun vurulacaq. Paytaxt təmsilçisi birinci matçda iki cavabsız qolla qalib gəlib. Bu dueldə güclü olan komanda yarımfinalda "Sabah"a rəqib olacaq.

Azərbaycan Kuboku 

1/4 final, cavab oyunları

28 fevral

16:00. "Zirə" - "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.

VAR: Əliyar Ağayev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 0:1.

19:30. "Neftçi" - "Kəpəz"

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Emin Cəfərov.

"Neftçi Arena"

İlk oyun - 2:0.

Qeyd edək ki, daha əvvəl 1/4 finalda "Qarabağ" "Səbail"i (1:0, 3:1), "Sabah" isə "Sumqayıt"ı (0:0, 4:0) mübarizədən kənarlaşdırıb.


Etiketlər:  Azərbaycan Kuboku yarımfinalçılar bəlli olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ