Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Tarix: 28 Fevral 2025 09:56

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,06 ABŞ dolları və ya 1,4% artaraq 76,24 dollar/barel təşkil edib.

Sonxeber.net xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,1 dollar və ya 1,49% bahalaşaraq 75 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,48 dollar və ya 2,58% artaraq 58,92 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,14 dollar və ya 1,56% bahalaşaraq 74 dollar/barel təşkil edib.

Fevralın 28-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Etiketlər:  Azərbaycan nefti bahalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ