Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2025 00:20
Bakının Sabunçu qəsəbəsindən Sulutəpə qəsəbəsinə birbaşa yol çəkiləcək.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu, 2025-2030-cu illəri əhatə edən layihədə öz əksini tapıb. Yeni yolun hansı ərazidən keçəcəyi və Bakının hansı əsas prospektinin alternativi olacağı da təxminən bəllidir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, faktiki olaraq Ziya Bünyadov prospekti bakı şəhərində şərq-qərb nəqliyyat axınını təmin edir. Bu səbəbdən həmin prospektdə istənilən vaxt nəqliyyat sıxlığı müşahidə edilə bilər. Belə böyük prospektə alternativin çəkilməsi olduqca zəruri addımdır.
Ekspertin fikirincə, yeni yolun çəkilməsi çox yüksək effekt verə bilər. Bununla Ziya Bünyadov prospekti ilə yanaşı, mərkəzi yollarda da sıxlıq azalacaq.
Ərşad Hüseynov onu da təklif edir ki, həmin yol istifadəyə verilən zaman yeni marşurut xətləri də fəaliyyət göstərməli, mikromobil vasitələr üçün şərait yaradılmalıdır.
Daha ətraflı videomaterialı təqdim edirik.