Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar ilə “Barsa” arasında ilk danışıqlar baş tutdu: Qayıdır?

Neymar ilə “Barsa” arasında ilk danışıqlar baş tutdu: Qayıdır?

Tarix: 1 Mart 2025 13:52

"Santos"un braziliyalı futbolçusu Neymar "Barselona"nın baş məşqçisi Hans-Diter Flikə və onun idman direktoru Dekoya kluba qayıtmağı hədəflədiyi barədə aydın mesaj verib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Mənbənin sözlərinə görə, braziliyalı ulduzun agenti Pini Zahavi və İspaniya nəhəngi arasında ilkin danışıqlar aparılıb. Onlar Neymarın Kataloniyaya qayıtması ilə bağlı real imkanları müzakirə ediblər.

Flik komandanın oyunçuya ehtiyacı olduğuna əmin deyil, amma futbolçu maaşını azaltmağa və komandada ikinci dərəcəli rol almağa hazırdır.

"Barsa"nın prezidenti Xuan Laporta Neymarı "Kamp Nou"ya qaytarmağa can atır.


Etiketlər:  Neymar ilə Barsa arasında danışıqlar baş tutdu Qayıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ