Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət alternativsizdir - Elşad Məmmədov (VİDEO)

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət alternativsizdir - Elşad Məmmədov (VİDEO)

Tarix: 9 Dekabr 2019 15:36

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət alternativsizdir.

Bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyib.

E.Məmmədov vurğulayıb ki, ilin əvvəlindən başlayaraq Azərbaycanda ölkə Prezidenti və Birinci vitse perezident tərəfindən həyata keçirilən iqtisadi islahatlarda sosial amil ön plandadır:

“Nəzərə alsaq ki, ilin əvvəlindən başlayaraq Azərbaycanda ölkə Prezidenti və Birinci vitse-perezident tərəfindən həyata keçirilən iqtisadi islahatlarda sosial amil ön plandadır və çox ciddi şəkildə ölkəmizin sosial statuslu dövlət kimi mövqeləşməsi prosesi gedir, onda bu proseslərə sistemli yanaşmanın olması zəruridir.

Bu sistemli yanaşma isə onu deməyə əsas verir ki, ölkə Prezidenti və Birinci vitse-perezident tərəfindən həyata keçirilən siyasət həm daxili, həm də xarici iqtisadi siyasət nöqteyi nəzərindən demək olar ki, alternativsizdir və biz artıq bu siyasətin uğurlu nəticələrini müşahidə edirik. İqtisadi göstəricilərdə müsbət dinamika onu deməyə əsas verir ki, bu sahədə hələ böyük potensial mövcuddur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda həyata keçirilən sosial iqtisadi siyasət alternativsizdir Elşad Məmmədov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ