Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maradonanın ölüm vaxtı çəkilən FOTOsu yayımlandı - VİDEO

Maradonanın ölüm vaxtı çəkilən FOTOsu yayımlandı - VİDEO

Tarix: 12 Mart 2025 21:12

Dünya çempionu, futbol tarixinin ən istedadlı oyunçularından biri Dieqo Armando Maradonanın ölümü ilə bağlı iddianı araşdıran məhkəmə işinə başlayıb.

Sonxeber.net xəbər verir ki, Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən məhkəmə prosesinin ilk iclasında şok görüntülər yayımlanıb. 

Keçmiş futbolçunun vəkili məhkəmədə ölüm faktı ilə bağlı detalları açıqlayıb. O, Maradonanın ölümündən dərhal sonra çəkildiyi fotonu nümayiş etdirib: "Baxın, cənab Dieqo belə öldü. İttiham olunanlar arasında "Maradonaya nə olduğunu bilmirik" deyənlərin hamısı yalan danışır. Vəziyyət tam aydın görünür".

Vəkil fotonu göstərən zaman Maradonaın qızları Dalma və Gianna göz yaşlarına boğulub. Məhkəmə binasının ətrfına toplaşan fanatlar isə cinayətkarlara ən ağır cəza verilməsini tələb ediblər. 

Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 60 yaşında Buenos-Ayresdəki fərdi yaşayış evində dünyasını dəyişib. Əfsanəvi futbolçunun dəfnindən sonra onun yaxınları və dostları həkimləri səhlənkarlıqda ittiham edərək, onlara qarşı idda qaldırıb. Ölüm faktı ilə bağlı 8 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onların günahı sübuta yetirilərsə, 25 illik həbs cəzasının veriləcəyi gözlənilir. (Offsideplus.az)


Etiketlər:  Maradonanın ölüm vaxtı çəkilən FOTOsu yayımlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ