Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2025 15:56
Fənərbağça və Qalatasaray arasındakı derbinin tarixi açıqlanıb.
Sonxeber.net türkiyə mediasına istinadla xəbər verir ki, Ziraat Türkiyə Kubokunun 1/4 final mərhələsindəki bu qarşılaşma 2 aprel 2025-ci il, çərşənbə günü saat 20:45-də keçiriləcək. Eyni gün Trabzonspor - Bodrum FK matçı da saat 17:45-də olacaq.
Fənərbağça və Qalatasaray bu mövsümdəki iki liqa matçında da qarşılaşıb. İlk qarşılaşmada Qalatasaray Fənərbağçanı 3-1 hesabı ilə məğlub edib, ikincisi isə 0-0 bərabərliklə başa çatıb.
Qalatasaray 29 martda səfərdə Beşiktaşla oynayacaq, ardınca isə 2 apreldə Fənərbağçaya qarşı çıxacaq.
Fənərbağça isə Qalatasaray matçından sonra Trabzonsporla qarşılaşacaq.