Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı rəqibinə qalib gələn Türkiyə idmançısından böyük jest - VİDEO

Azərbaycanlı rəqibinə qalib gələn Türkiyə idmançısından böyük jest - VİDEO

Tarix: 14 Mart 2025 21:54

Qadınlar arasında keçirilən boks üzrə dünya çempionatında maraqlı hadisə yaşanıb.

Sonxeber.net xəbər verir ki, +81 kq çəki dərəcəsində çıxış edən boksçumuz Aynur Rzayeva 1/4 final mərhələsində Türkiyə təmsilçisi Elif Günerə məğlub olub. 37 yaşlı boksçu görüşün referisi tərəfindən qalib elan edildikdən sonra jest edib.

Elif Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpüb və idmançımızın əlini havaya qaldıraraq ona dəstək olub.

Qeyd edək ki, Güner bu qələbə sayəsində dünya çempionatının bürünc medalını təmin edib. (Publika.az)


Etiketlər:  Azərbaycanlı rəqibinə qalib gələn Türkiyə idmançısından böyük jest VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ