Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2025 11:57
Ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-də Şəhidlər xiyabanını ziyarət edib.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər çiçəklər düzülüb.
Federasiya Şurasının sədri Valentina Matviyenko "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.