Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 12:04
Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərin istəklərini nəzərə alaraq İsveçrənin "Stadler Real Group" şirkətindən daha iki ədəd ikimərtəbəli elektrik qatar alıb.
Trend-in məlumatına görə, bunu qatarların təqdimetmə mərasimində QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.
Qatarın biri Bakı-Sumqayıt istiqamətində, digəri isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
Yeni qatarlar 371 oturacaqla təmin olunub. Onlardan 9-u birinci sinif, 62-si biznes, 300-ü isə standart yerlərdir.
Qeyd edilir ki, alınan qatarlar sayəsində İsveçrənin "Stadler Real Group" şirkətindən alınan bu tipli qatarların sayı 9-a çatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin