Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 11:38
Dünən Ruanda milli komandası DÇ-2026-nın seçmə mərhələsində Nigeriya yığması ilə üz-üzə gəlib.
Sonxeber.net xəbər verir ki, matç Nigeriyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdan sonra "Zirə"də forma geyinən Ange Mutsinzi "Qalatasaray"ın ulduz futbolçusu Viktor Osimhenlə görüşüb. Nigeriyalı "Zirə"nin oyunçusuna "sarı-qırmızılar"ın formasını, Mutsinzi isə Osimhenə "qartallar"ın formasını təqdim edib. Daha sonra onlar xatirə fotosu çəkdirib.
Həmin anların görüntüsünü təqdim edirik: /Offsideplus.az