Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 12:45
"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa onun rusiyalı rəssam tərəfindən çəkilmiş portretini hədiyyə edib".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.
"Prezident Putin Rusiyanın aparıcı rəssamına prezident Trampın gözəl portretini sifariş verib. Putin portreti Trampın evinə aparmağı xahiş edərək, onu mənə verdi" , - deyə S.Uitkoff vurğulayıb.
Xüsusi nümayəndə əlavə edib ki, portreti artıq ünvana təhvil verib.
Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.