Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2025 13:26
Yeddiqat dünya çempionu Lyuis Hemilton "Ferrari"nin sürücüsü, Şanxayda dördqat çempion olan Sebastyan Fettelin rekordunu geridə qoyub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o, yeni ən sürətli dövrə vurub. Fettelin 2018-ci il Çin Qran-prisinə vəsiqə verən yarış zamanı ən yaxşı göstəricisi 1:31,095 olub. Hemilton Çində sprint sıralamasında bu nəticəni yaxşılaşdıraraq dövrəni 1:30.849-da tamamlayıb.
Britaniyalı sürücü ilə yanaşı, Fettelin keçmiş rekordu da eyni sessiyada Maks Ferstappen və Oskar Piastri tərəfindən yenilənib.
Qeyd edək ki, Çində keçirilən "Formula-1" sprint yarışı martın 22-də baş tutacaq.