Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2019 18:28
"Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçin evi A Seriyasının 15-ci turunda "Yuventus"la matç zamanı qarət olunub.
Qol.az "Sky Sports Italia"ya istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi dostları ilə birlikdə qələbəni qeyd etdikdən sonra evə qayıdıb və mənzilinin qarət olunduğunu görüb.
Oğrular serbiyalı oyunçunun 5 saatını və 100 min avro məbləğində pulunu götürüblər.
Qeyd edək ki, "Latsio" "Yuventus"u 3:1 hesabı ilə məğlub edib.