Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2025 21:04
Azərbaycan Premyer Liqasının 29-cu turunda "Zirə" ilə qarşılaşan "Qarabağ"ın heyətində ciddi itki olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Kadi Borges zədələnib.
O, 53-cü dəqiqədə meydanı tərk etmək məcburiyyətində qalıb. Kadinin yerinə Aleksey Kaşuk meydana daxil olub.
Qeyd edək ki, hazırda davam edən matçda "Qarabağ" 1:0 üstünlüyə malikdir. Yeganə qolu da Kadi cərimə zərbəsindən vurub.