Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurdu - FOTO

Azərbaycan cüdo yığması Avropa Kubokunu 7 medalla başa vurdu - FOTO

Tarix: 7 Aprel 2025 00:14

Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku başa çatıb.

Sonxeber.net-ın məlumatına görə, ikinci yarış günündə Azərbaycan milli komandası aktivinə 1 qızıl və 2 gümüş medal yazdırıb.

+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb. Süleyman Şükürov (-81 kiloqram) və Tuncay Şamil (-90 kiloqram) gümüş mükafata yiyələniblər.

Qeyd edək ki, ilk yarış günü gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kiloqram) ilə Məhəmməd Musayev (-66 kiloqram) qızıl, Nihad Məmişov (-66 kiloqram) və Əbil Yusubov (-73 kiloqram) bürünc medal əldə etmişdilər.

Beləliklə, 7 medal qazanmış gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa Kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.


Etiketlər:  Azərbaycan cüdo yığması Avropa Kubokunu medalla başa vurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ