Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2025 01:12
Ayaqlarda meydana gələn bəzi əlamətlər bədənin ümumi vəziyyəti barədə öncədən xəbərdarlıq edə bilər.
Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, bu səbəbdən onları görməməzlikdən gəlmək olmaz.
Soyuq ayaqlar - Tiroid problemləri, qan dövranı pozğunluğu, diabet və ya hormonal balanssızlıqla əlaqəli ola bilər. Stress də təsir göstərə bilər.
Ayaq şişməsi - Zaman-zaman normal olsa da, davamlı şişkinlik ürək, böyrək və limfa sistemində problemlərə işarədir.
Rəng dəyişməsi - Qan dövranı zəifliyi, işemiya və ya qanqren kimi ciddi vəziyyətlərin xəbərçisi ola bilər.
Uyuşma və iynəbatma hissi - B12 çatışmazlığı, diabet, periferik arterial xəstəlik və nevroloji pozğunluqların əlamətidir.
Çat ayaq və quruluq - Omeqa yağ turşuları və sink çatışmazlığı ilə əlaqəli ola bilər.
Dırnaq rənginin dəyişməsi - Göbələk infeksiyası, anemiya, sədəf və hətta melanoma kimi vəziyyətlərə işarə edə bilər.
Əgər bu simptomlar uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir.