Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' Xankəndiyə gedir

''Qarabağ'' Xankəndiyə gedir

Tarix: 7 Aprel 2025 10:38

"Qarabağ" klubu yaxın zamanlarda Xankəndi və işğaldan azad olunmuş digər şəhərlərə səfər edəcək. 

Sonxeber.net xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru professor Şahin Bayramovla görüşündə klubun prezidenti Tahir Gözel deyib.

Klub rəsmisi Şahin Bayramovun "Qarabağ" klubunu Qarabağ Universitetinə dəvət etməsinə müsbət cavab verib və bildirib ki, komandanın yaxın planlarında bölgəyə - o cümlədən Xankəndi və digər azad edilmiş şəhərlərə səfər nəzərdə tutulur: "Bu təşəbbüsü yüksək qiymətləndiririk. Qarabağ bölgəsinə səfər bizim də planlarımızda var və bu istiqamətdə addımlar atmağa hazırıq".

Qeyd edək ki, "Qarabağ" - "Zirə" oyunu zamanı baş tutan görüşdə tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.(Offsideplus.az)


Etiketlər:  Qarabağ Xankəndiyə gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ