Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2025 06:15
Müğənni İzzət Bağırov ailəsindən danışıb.
Sonxeber.net xəbər verir ki, "Həftənin qonağı" verilişində qonaq olan ifaçı xanımı haqda sualları cavablandırıb. O bildirib ki, həyat yoldaşının fotosunun yayılmasını heç vaxt istəmir:
"Ailəmi niyə gizlədim ki? Oğullarımla efirə çıxıram. Amma xanımımla niyə efirə çıxım? Qızım olsaydı, onu da göstərməzdim. Oğullarımla dostam, başqa cür mümkün deyil. Anası nə olursa deyir sən denən. Rza eyni mən xasiyyətlidir: ailəcanlı, evin yükünü daşıyan, hamının qayğısına qalan. Səhər hamıdan tez oyanıb, gedib çörək alacaq. Mehdi ilə başqa cür danışıram, qəribə uşaqdır. Əlinin işinə çox qarışmıram. Amma bilirəm hara gedir, kiminlə oturur. Son vaxtlar geyiminə çox fikir verir, ətirlənir.
Qısqancam. Ailəmlə şəklimi görmüsünüz? Kişi qısqanc olmalıdır. Əgər deyilsə, problemi var. Günümün 80 faizini evdə keçirdirəm. Axşam işdəyəm, yoxdursa, evdəyəm. Kiminlə gedib oturacağam?". /Axşam.az