Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2025 14:52
Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, Azərbaycan Banklar Assosiasiyasını (ABA) 35 illiyi münasibətilə təbrik edib. Mətndə bankın sədri ABA-nın illər ərzində bank sektorunun inkişafına verdiyi töhfələri vurğulayıb.
Dr. Selçuk Demir, 1990-cı ildə yaradılmış Azərbaycan Banklar Assosiasiyasının ötən 35 il ərzində tərəfdaşları və üzvləri ilə birgə daha şəffaf, etibarlı və inklüziv maliyyə mühitinin formalaşdırılması üçün çalışdığını bildirib. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, banklar arasında səmərəli əməkdaşlığın qurulması, tənzimləyici və dövlət qurumları ilə konstruktiv dialoqun təşkili və beynəlxalq maliyyə institutları ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində ABA-nın fəaliyyətinin bank sektorunun dayanıqlı inkişafına böyük dəstək olmasını qeyd edib.
Bununla yanaşı, Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, maliyyə savadlılığının artırılması, rəqəmsal bankçılığın təşviqi və bank əməkdaşlarının peşəkar inkişafı üçün ABA-nın təşəbbüsü ilə həyata keçirilən təlim və proqramların sektorun güclənməsinə xidmət etdiyini bildirdi. Həmçinin öz təbrikində Dr. Selçuk Demir Azərbaycan Banklar Assosiasiyasının gələcəkdə də uğurlu fəaliyyətini davam edəcəyinə və bank sektorunun modernləşməsinə və beynəlxalq standartlara uyğun inkişafına töhfə verməyə davam edəcəyinə əminliyini bildirdi.
Dr. Selçuk Demir Ziraat Bank Azərbaycanın ABA-nın təşəbbüsü ilə həyata keçirilən layihələrdə fəal iştirak etdiklərini və gələcəkdə də bu təşəbbüsləri dəstəkləməkdə davam edəcəklərini vurğuladı.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.