Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2025 17:22
Xəbər verdiyimiz kimi, 5 uşaq anası və 5 nəvəsi olan Zarina adlı qadın evdən qaçmışdır.
Sonxeber.net xəbər verir ki, 1 aydır yoxa çıxan qadın tapılıb. Studiyaya gələn Zarina və anası həyat yoldaşı ilə üzləşib.
O, iddia etdiyi şok faktın üstünü açıb. İllər öncə əri tərəfindən bıçaqlandığını deyən Zarina qorxudan məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.
Qarşı tərəf isə iddialarla qəti şəkildə razılaşmayıb. Ər-arvad arasında gərgin anlar yaşanıb.
Daha ətraflı videomaterialda:
xxx
2025.04.30
Azərbaycanda yaşanan hadisə diqqət çəkib.
Sonxeber.net xəbər verir ki, efirə üz tutan kişi həyat yoldaşının evdən qaçdığını bildirib. 18 mart tarixindən xanımından xəbər ala bilməyən ər çarəni axtarış verməkdə görüb.
5 uşaq anası və 5 nəvəsi olan Zarina adlı qadının sonuncu dəfə Bakının Sulutəpə ərazisində görüntüləndiyi bildirilib. Kişi xanımının qaynanası ilə birgə evi tərk etdiyini açıqlayıb və baş verənlərdə onu ittiham edib.
Ər arvadının bu addımının nə ilə bağlı olduğunu bilmədiyini də sözlərinə əlavə edib.
Sözügedən olay studiyada geniş müzakirələr yaradıb.
Daha ətraflı videomaterialda:
Hüseyn