Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2025 23:10
Müğənni Rüfət Axundov son günlər gündəmdə olan məclisdə sənət adamlarına şabaş verilməsi məsələsinə münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, ifaçı məclilərdən birində ona verilən şabaşdan söz açıb:
"Bu mövzu elədir ki... Danışılası, danışılmayası söz var. Çox şey görmüşəm, amma danışa bilmərəm. Şabaş adidir. Mən pul yağışı görmüşəm. Tək mən yox, Abbas Bağırov da. Elə məclisdə olmuşuq ki, oradakı pulu görsələr huşunu itirərlər. Bir dəfə bir məclisdə idik. Orada o qədər pul var idi ki, səhərə qədər sayıb qurtara bilmirdik. Axırda yığmaq üçün tozsoran gətirdilər. Prodüser Anar Mədətov şahid idi". (Axşam.az)