Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fənərbağça'' azarkeşləri şokda: gedən ulduzunu ''Real Madrid'' ALIR

''Fənərbağça'' azarkeşləri şokda: gedən ulduzunu ''Real Madrid'' ALIR

Tarix: 4 Iyun 2025 14:04

"Real Madrid" ehtiyat hücumçu axtarışlarına başlayıb.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça"dan ayrılan Edin Dzeko klubun gündəminə gəlib.

İspaniya nəhəngi ulduz futbolçuya az məbləğli maaşla 1 illik müqavilə təklif etmək istəyir.

İki mövsüm ərzində "Fənərbağça"nın formasını geyinən və bu yay klubdan ayrılan Edin Dzeko ilə bağlı gözlənilməz xəbər yayılıb.

"Defensa Sentral" nəşrinin xəbərinə görə, "Real Madrid" ehtiyat hücumçu axtarışlarını davam etdirərkən, Edin Dzeko seçimi ön plana çıxıb. İspan klubu baş məşqçi Xabi Alonsonun komandaya ehtiyat qolçu istəməsinin ardından Dzekoya yönəlib və ona cüzi maaşla bir illik müqavilə təklif edəcək.

Xəbərdə qeyd olunur ki, 39 yaşlı ulduz futbolçuya "Real Madrid"dən başqa, İtaliyanın "Bolonya" və "Komo" klubları və Xorvatiyanın "Hayduk Split" komandası da maraq göstərir.

Qeyd edək ki, Dzeko İstanbul nəhənginin forması ilə 99 oyunda 46 qol vurub, 18 məhsuldar ötürmə edib.

Tural


Etiketlər:  Fənərbağça azarkeşləri şokda gedən ulduzunu Real Madrid ALIR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ