Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokayev iki naziri işdən çıxardı

Tokayev iki naziri işdən çıxardı

Tarix: 8 Iyun 2025 17:18

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iki naziri işdən çıxarıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müdafiə naziri Ruslan Jaksılıkov və nəqliyyat naziri Marat Karabayev tutduğu vəzifədən azad olunublar.

Yeni müdafiə naziri vəzifəsinə əvvəllər nazir müavini - Qazaxıstan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının baş komandanı vəzifəsində çalışan Dauren Kosanov təyin edilib.

Marat Karabayevdən sonra boş qalan kresloya isə hələlik təyinat olmayıb.


Etiketlər:  Tokayev naziri işdən çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ