Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2025 07:36
"Opta" analitik şirkəti başa çatmış mövsümün nəticələrinə əsasən, dünyanın ən yaxşı milli futbol çempionatlarının reytinqini tərtib edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müvafiq məlumat şirkətin saytında dərc olunub.
Dünyanın ən yaxşı liqalarının ilk üçlüyünü İngiltərə Premyer Liqası, İtaliya A Seriyası və İspaniya La Liqası formalaşdırıb.
Həmçinin ilk onluğa Almaniya, Fransa, Belçika, Portuqaliya, Braziliya və Niderlandın elit divizionları, eləcə də İngiltərə Çempionşipi daxil olub.
Reytinq tərtib edilərkən dünya üzrə 15 min klubun göstəriciləri nəzərə alınıb.